BaşlıcaBeynəlxalqSiyasət

BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda keçirdiyi  müzakirələrdən sonra bəyanat yayıb.

Bəyanatda deyilir:

“BMT Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca genişmiqyaslı hərbi əməliyyatların başlanması barədə xəbərlərdən narahatdır. Onlar, güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərini bəyan ediblər.

BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katibin münaqişə tərəflərinə hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin azaldılması və təxirə salınmadan danışıqlara qayıtması üçün müraciətini dəstəkləyir.

Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar”.

Daha çox göstər
Back to top button