BaşlıcaSiyasət

Suriyadan Azərbaycana 1500-2000 dollala muzdlular gətirilir. ER ombudsmanının bəyanatı

ER İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan Facebook səhifəsində bildirir ki, Türkiyə 1500-2000 dollar qarşılığında Suriyanın şimal hissəsindən hərbi muzdluları Artsax və Ermənistana qarşı istifadə etmək üçün Azərbaycana göndərir.

“Beynəlxalq mediada yayılan məlumatlara görə, Türkiyə Suriyanın şimal hissəsindən hərbi muzdluları Azərbaycana köçürüb. Söhbət Artsaxa və Ermənistana qarşı davam edən müharibədə iştirak etmək üçün işə götürülmüş 3000-4000 muzdludan gedir” – deyə ombudsman qeyd edir.

Bu xəbərin beynəlxalq media, xarici insan haqları təşkilatları tərəfindən mütəmadi olaraq təsdiq olunduğu qeyd olunur. Bununla bağlı məlumat Artsax mənbələri tərəfindən də təsdiqlənir. Ombudsmanın açıqlamasına görə, bu məlumatlar son dərəcə narahatedicidır.

BMT İnsan Haqları Şurasının 26 sentyabr 2019-cu il tarixli 42/9 saylı Qərarı, muzdluların hərəkətlərini cinayət sayaraq xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə mane olmaq üçün muzdlulardan istifadəni qətiyyətlə pislədi.

Bu səbəbdən İnsan Hüquqları Müdafiəçisinə görə beynəlxalq ictimaiyyət və ilk növbədə insan hüquqları təşkilatları dərhal cavab verməlidir.

Tatoyan qeyd edir ki, bu gün baş verən hərbi əməliyyatların qarşısını almaq üçün hər şeyi etmək lazımdır və bu rəsmi çağırışlarla deyil, real addımlarla edilməlidir.

Beynəlxalq cəmmiyətin,”siyasi” bəhanələrlə gizlənərək və ya öz mandatlarının “gücsüzlüyü” ilə özünü doğruldaraq bütün bunları görməməzliyə vurmaq haqqı yoxdur.

Daha çox göstər
Back to top button