BaşlıcaSiyasət

Tbilisi Ermənistan və Azərbaycan rəhbərliyinə görüş təşkil etməyi təklif edir

 “Sputnik Armeniyanın verdiyi məlumata görə, Gürcüstan Ermənistan və Azərbaycan  nümayəndəliklərinin  görüşünü  və istənilən formatla dialoqun  təstiq edilməsinə  dəstək olmağa hazır olduğunu bildirib.

“Ermənistan və Azərbaycan arasında  növbəti hərbi toqquşma  nəticəsində olduqca çətin bir vəziyyət yaranıb. Böyük sayda  itkilər var və təəssüflər olsun ki, hərbi  əməliyyatı  dayandırmaq və dialoqa başlamaq mümkünsüzdür”-deyərək Gürcüstanın Baş naziri Georgi Qaxariyanın Facebook səhifəsində  yazılan bəyanatda  qeyd olunub.

O, qeyd edib ki, hamıya da anlaşılandır ki, gələcək eskalasiyalar region təhlükəsizliyi üzərinə mənfi təsir  göstərəcək.

O, ATƏT-in Minsk Qrupu həmsədrlərini və beynəlxalq oyunçuların  gərginliyi dayandırmaq və dialoqu davam etdirmək üçün imkanlarından maksimum istifadə etməyə çağırdı.

Onun sözlərinə görə, Gürcüstanın həm Ermənistan, həm də Azərbaycanla yaxşı qonşuluq münasibətləri var. Üstəlik Gürcüstanda yaşayan ermənilər və azərilər həmişə ölkənin və bölgənin inkişafında və güclənməsində mühüm rol oynamışlar.

“Onların dinc  həyat tərzi yaxşı nümunədir ki, gürcülər, ermənilər və azərbaycanlılar Cənubi Qafqazı sülh və inkişaf ərazisinə  çevirə bilər”- deyərək Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button