BaşlıcaSiyasət

Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Tərəflər Dağlıq Qarabağdakı və Belarusdakı vəziyyəti də müzakirə edib. Məlumatı Kreml mətbuat xidməti yayıb.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə olub. İki dövlətin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin daha da kəskinləşməsini pisləyiblər, həmçinin davam edən döyüş əməliyyatları ilə əlaqədar narahatlıqlarını ifadə ediblər.

Putin və Makron münaqişə tərəflərini atəşin ən qısa zamanda və tam dayandırılmasına, gərginliyin deeskalasiyasına çağırıblar.

Kremlin açıqlamasında qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik metodlarla nizama salınmasına alternativin olmaması qeyd edilib. “Bu kontekstdə, ilk növbədə, ATƏT-in Minsk qrupu (Rusiya, Fransa, ABŞ) formatında gələcək əməkdaşlığın konkret parametrləri nəzərdən keçirilib”.

Daha çox göstər
Back to top button