BaşlıcaSiyasət

RF narahatdır: Artsaxdakı xarici muzdlular bölgə üçün təhlükədir

Rusiya maraqlı dövlətləri dərhal xarici muzdluları və terrorçuları bölgədən uzaqlaşdırmaq üçün praktik tədbirlər görməyə çağırır.

“SputnikArmeniya”nın verdiyi məlumata görə, Rusiya Xarici işlər nazirliyinin İnformasiya və Mətbuat departamentinin  verdiyi açıqlamada, Moskvanın qanunsuz qruplaşma silahlılarının Qarabağ münaqişəsi bölgəsinə köçürülməsi xəbərlərindən narahat olduğunu bildirdi.

Alınan məlumata görə, qanunsuz silahlı qruplaşma üzvlərinin döyüşlərdə birbaşa iştirak etmək üçün xüsusilə Suriya və Liviyadan Qarabağ münaqişəsi zonasına  yerləşdirildiyi  qeyd olunur

“Münaqişə bölgəsində hərbi gərginliyi artırmaqla yanaşı, bölgədəki bütün ölkələr üçün uzunmüddətli təhdidlər yaradacaq bu proseslər bizi çox narahat edir”-deyərək  informasiyada qeyd olunub.

Daha çox göstər
Back to top button