
Artsaxda hərbi əməliyyatlar nəticəsində yalnız bir gün ərzində İran ərazisinə ən azı 8 mərmi düşüb. Bu barədə IRIB məlumat yayıb.
Qeyd edək ki, mərmilər İranın sərhədyanı ərazilərindəki evlərinə düşüb. Bəzi sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.
İran KİV-ləri yazır ki, Artsaxda Azərbycan tərəfindən başladılmış müharibənin ən başından bəri İslam Respublikasının sərhədyanı zonasında 50-dən çox mərmi düşüb.
Xatırladaq ki, İran Prezidenti Həsən Rohani bəyan etmişdi ki, mərmilərin İran ərazisinə düşməsinə icazə verə bilməz.







