BaşlıcaSiyasət

“Viasat” şirkəti Türikiyə istehsalı olan “Bayraktar” PUA-larının hissələrinin tədarükünü dayandırır

Amerikanın “Viasat” şirkəti əmin edib ki, Türkiyə istehsalı olan “Bayraktar” PUA-ları üçün rabitə vasitələrinin tədarükünü dayandırır. Bu barədə şirkətin qarşısında aksiya keçirən erməni icmasının üzvlərinə Amerikada yaşayan erməni fəal Kristine Halacyan deyib.

Oun sözlərincə, “Viasat” şirkətinin PR meneceri Ken Petermanla söhbət edib, bu barədə məlumat verib.

Erməni fəala əsasən, Peterman bu vasitələrin terrorçular tərəfindən istifadə edildiyini bilməyib.

Şirkət nümayəndəsi, eyni zamanda, erməni xalqına başsağlığı bildirib və üzr istəyib vəd edərək ki, ABŞ Müdafiə Nazirliyinə müraciət edəcək və NATO üzvü Türkiyənin onların istehsal etdiyi texnologiyalardan necə istifadə etdiyinə dair izahat tələb edəcək.

Halacyan həm də bildirib ki, Ken Petermanın şirkət adından Ermənistana təzminat verəcəyinə və şəxsən öz imkanları hesabına Ermənistana vəsait göndərəcəyinə söz verib.

Aksiya iştirakçıları Ken Petermana canlı yayım zamanı verdiyi dəstəyə görə təşəkkür edib.

Daha çox göstər
Back to top button