BaşlıcaSiyasət

Zaxarova: “Qarabağda yaraqlıların olması Rusiya üçün ciddi problemdir”

RF Xarici işlər nazirliyinin nümayəndəsi Moskvanın yaraqllarla əlaqəli problemi həll etmək üçün hansı addımlar atdığını söylədi.

“SputnikArmeniya”nın verdiyi məlumata görə, Rusiya Xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarova həftəlik brifinqində silahlıların Yaxın Şərqdən Qarabağ münaqişəsi bölgəsinə köçürülməsi məsələsinə toxundu. Onun sözlərinə görə, bu məsələ Rusiyanın diplomatik və hərbi strukturlarının diqqətindədir.

Məlumdur ki, münaqişə zonasına  eksterimistləri aktivliklə  daşınmasınyla Türkiyə məşğul olur.Bu haqda dəfəərlə  Moskvada,Parisdə və digər yerlərdə  danışılıb.

“Bu, həqiqətən bizim üçün ciddi bir problemdir. Hərbçilərimiz, mütəxəssislər bu məsələni tam nəzarət altında saxlayırlar. Bu iş ictimaiyyətə açıq deyil, amma sizi inandırıram ki, çox aktivliklə aparılır” -deyərək Zaxarova qeyd edib.

Zaxarova görə, Rusiya diplomatiyası atılan addımların yalnız ümid və ya istək deyil, konkret iş olduğuna ümid edir.

“Açıq elanlar işin ikinci hissəsidir, hər şeydən əvvəl ciddi işlər görülür, praktik addımlar atılır. Bölgədəki vəziyyətlə bu və ya digər şəkildə bağlı olan ortaqlarımızla əlaqə saxlayırıq”-deyərək Zaxarova əlavə edib.

 Xarici işlər nazirliyinin nümayəndəsi qeyd edib ki,Rusiyada  yaraqlıların göndərilməsinin mümkün nəticələrini çox yaxşı başa düşüldüyünü qeyd etdi.Moskva bu  məsələ ətrafında  onun  mühümlüyünü qeyd etmək üçün açıq şəkildə  çıxış edib.

Daha çox göstər
Back to top button