BaşlıcaSiyasət

“Sepah” bölmələri Qarabağ münaqişəsinin eskalasiyası ilə bağlı sərhədə yerləşdirilib

“Qonşu ölkələrin sərhədində dəyişiklik qırmızı xəttimizdir”.

Armradio.am “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib.

Briqada generalı deyib: “Sərhədlərimizdə əziz xalqımızın təhlükəsizliyinə və dincliyinə zərər verən hər hansı bir təhlükəsizlik və təhdid əks-tədbirlərimizlə qarşılanacaq, çünki xalqın təhlükəsizliyi və ölkəmizin milli maraqları bizim qırmızı xəttimizdir.”

Sərhəd təhlükəsizliyini izləmək üçün son 20 gündə Qarabağla həmsərhəd bölgəyə üçüncü dəfə səfər edən Məhəmməd Pakpur jurnalistlərə verdiyi qısa müsahibədə baş verən toqquşmalardan bəhs edərkən təcavüzə qarşı çıxıb və bunu qınayıb:

O qeyd edib ki, son qarşıdurmanın ilk günlərindən İİKK quru qoşunlarının “Aşura” bazası sərhəd bölgəsində fəaliyyət göstərir, inkişaflarını izləyir və vəziyyətə uyğun olaraq lazımi tədbirlər və möhkəmləndirmə işləri aparır.

General Pakpur xəbərdarlıq edib: “”Sepah”ın quru qoşun bölmələrinin sərhədyanı əraziyə göndərilməsi milli maraqların qorunması ilə bərabər, bölgə əhalisinin təhlükəsizlik və əmin-amanlığını təmin edəcək”.

Daha çox göstər
Back to top button