ArtsaxBaşlıca

Calal Harutyunyan yaralanıb – Mikayel Arzumanyan Artsax Müdafiə Naziri təyin olunub

Artsax Prezidenti Arayik Harutyunyan hərbçilərlə görüş zamanı bəyan edib ki, Artsax Respublikası Konstitusiyanın 93-cü maddəsinin 4-cü bəndinə, 94-cü maddəsinin 3-cü hissəsinə əsasən bir fərman imzaladı. Fərmana əsasən, general-leytenant Calal Harutyunyan Artsax Müdafiə naziri və Müdafiə Ordusunun komandiri vəzifəsindən azad edildi.

Digər fərmanla isə, general-mayor Mikayel Arzumanyan Artsax Müdafiə naziri və Müdafiə Ordusunun komandiri vəzifəsinə təyin olundu. Mikayel Arzumanyana general-leytenant hərbi rütbəsi verildi.

Calal Harutyunyanın vəzifədən azad olunması qərarı son günlərdə onun yaralandığından irəli gəlib.

“Calal Harutyunyana tez bir zamanda sağalmağını diləyirəm və tezliklə vətənə xidmətə qayıdacağına əminəm. Əminəm ki, Mikayel Arzumanyan yeni vəzifəsində məsuliyyət dərəcəsini dərk edir, bu etimadı doğrultmaq üçün səy və gücünü əsirgəməyəcəkdir”,-deyə Arayik Harutyunyan vurğuladı.

Daha çox göstər
Back to top button