BaşlıcaSiyasət

Vahram Poqosyan: “Artıq bir çox adamlar Şuşini düşmən caynaqlarından qurtarmaq üçün Artsaxa tələsir”

Artsax Prezidentinin çağırışı artıq qəbul edilmişdir. Erməni qala şəhərini təhdid edən təhlükə həqiqətən çoxlarını narahat etdi.

“Sputnik Armeniya”nıın verdiyi məlumata görə, Şuşini düşmən  caynaqlarından xilas etmək üçün çoxları onsuz da irili-xırdalı dəstələrlə Artsaxa tərəf tələsmişlər.

Bu haqda Artsax Prezidentinin  mətbuat  katibi Vahram Poğosyan Facebook səhifəsində yazıb.

“Bu gün Şuşi şəhərindən səslənən Artsax Prezidentinin çağırışı böyük bir reaksiya tapdı. Ermənistanın müxtəlif bölgələrində, paytaxt  Yerevanda  yaşayan bir çox soydaşımızdan daimi zənglər gəlir.

Erməni qala şəhərini   təhdid edən təhlükə yalnız onları narahat etməyib, həm də bir çox adamlar Şuşiyə tələsməkdədir ”-deyərək  Poqosyan bəyan edib.

“Gözləyirik”- deyərək Poqosyan əlavə etdi.

Arayik Harutyunyan Şuşidən bir video mesaj göndərərək düşmənin əsas məqsədinin Şuşini tutmaq olduğunu, bu anda düşmənin şəhərdən 5 km aralı olduğunu söyləyib.

Daha çox göstər
Back to top button