
Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan ABŞ-ın 46-cı prezidenti seçilmiş Co Baydeni təbrik edib: “Amerika Birləşmiş Ştatlarının 46-cı Prezidenti seçilməyiniz münasibətilə Sizi hərarətlə təbrik edirəm. Ən səmimi hədəfiniz – ölkədə birliyi və sabitliyi təmin etmək, bütün dünya üçün böyük nümunə olacaqdır. Tanrı sizi, ailənizi və iki xalqımızı qorusun”- deyə Prezidentin təbrikində qeyd olunur.
Prezident Sarkisyan həm da ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harisi təbrik edərək, xüsusilə qeyd edib: “Siz yalnız amerikalılara deyil, dünyadakı hər kəsə ilham vermişsiniz”. ER Prezidenti inan bildirib ki, yaxın gələcəkdə həyata keçiriləcək birgə iş sayəsində Ermənistanla ABŞ arasındakı əlaqələri daha da gücləndirmək mümkün olacaq.







