“SputnikArmeniya”nın verdiyi məlumata görə, noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı işlərini və əhaliyə humanitar yardım göstərilməsinə yönəlmiş növbəti addımları müzakirə edib.
Bu haqda Kremlin mətbuat xidməti məlumatlandırır.
“Rusiyalı sülhməramlıların Dağlıq Qarabağdakı işinin qaydaları və əhaliyə humanitar yardımın göstərilməsinə yönəlmiş addımlar müzakirə edildi.
Bölgədəki iqtisadi qarşılıqlı işgüzarlıq və nəqliyyat əlaqələrinin mühasirədən çıxarılması məsələlərinə də toxunulub”-deyərək məlumatda qeyd olunub.







