ArtsaxBaşlıcaSiyasət

Azərbaycan əsir və cəsəd mübadiləsini süni şəkildə təxirə salır: ER Ombudsmanı beynəlxalq ictimaiyyətə müraciət etdi

Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili beynəlxalq ictimaiyyətinin diqqətinə Azərbaycan hakimiyyətinin həm hərbi əməliyyatlar zamanı, həm də ondan sonra Azərbaycanda olan erməni əsirlərin cəsədlərinin mübadiləsini süni şəkildə təxirə salınmasına yönləndirir. Bu barədə “Facebook” səhifəsində Arman Tatoyan bildirdi.

“Məhz bu məqsədlə, Azərbaycan hakimiyyəti, bir tərəfdən deyir ki, əsirlərin mübadiləsi cəsədlərin mübadiləsi prosesinin başa çatdıqdan sonra baş verəcək, digər tərəfdən isə heç bir səbəb olmadan cəsədlərin mübadiləsi təxirə salır. Bütün bunlarla Azərbaycan Cenevrə Konvensiyasının əsas tələblərini kobud şəkildə pozur.

Aydındır ki, Azərbaycan qəsdən Ermənistan cəmiyyətində qeyri-müəyyənlik və gərginlik mühiti yaratmaq, ölən hərbçilərin və əsirlərin ailələrinə ruhi əzab vermək niyyətindədir.

Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkilinin apardığı işləri göstərir ki, bu, mütəşəkkil nifrət təbliğatının nəticəsidir, işgəncə və qeyri-insani rəftarın koordinasiyalı siyasətinin ayrılmaz hissəsidir.

Xüsusən, 2020-ci ilin sentyabrın 27-dən bəri Ombudsman qeydə alıb ki, Azərbaycanın silahlı qüvvələrinin Ermənistan və Artsaxaq qarşı başlatdığı hücumları işgəncə və qeyri-insani rəftar, dinc yaşayış məntəqələrinin kütləvi məhvi və digər insan haqları pozuntuları ilə müşayiət olunub. Bütün bunlar muzdlu cihadçılardan və terrorçulardan istifadə edərək nifrət təbliğatı ilə həyata keçirildi.

Müharibə əməliyyatları ərzində, habelə müharibə bitdikdən sonra mediada və xüsusən də Azərbaycan sosial mediasında davamlı olaraq Azərbaycan silahlı qüvvələrinin erməni hərbçilərinin cəsədlərini təhqir etməsi, əsirlikdə olan hərbçilərə və mülki şəxslərə işgəncə verməsi və alçaltması ilə bağlı video və fotoşəkillər davamlı olaraq yayımlandı.

Müharibə əməliyyatları ərzində aydın görünürdü ki, Azərbaycan hakimiyyəti Azərbaycanda etnik ermənilərə qarşı nifrət və düşmənçiliyi qızışdırmaq və onları törədənləri qəhrəmanlaşdırmaq üçün bu vəhşilikləri və alçaldıcılıqları təşviq edirdi.

İnsan Hüquqları üzrə Müvəkkili araşdırmalarının nəticələri göstərir ki, bütün beynəlxalq tələblərə zidd olan bu qəzəbli hadisələr sistemati xarakteri daşıyır.

Ermənistanın İnsan Hüquqları Müdafiəçisi də bu həqiqətləri təsdiqləyən lazımi sübutlara malikdir. Müharibə əməliyyatlardan sonra Azərbaycan silahlı qüvvələri tərəfindən erməni tərəfinin əsirlərinə verilən işgəncə və qeyri-insani rəftar yeni təzahürlər aldı. Onların sayı, yayılması və şiddət dərəcəsi əhəmiyyətli dərəcədə artdı.

Aydındır ki, işgəncə və vəhşiliyi törədənlər və videoları çəkənlər yalnız Azərbaycan silahlı qüvvələrinin nümayəndələridir və onların hərəkətləri təşviq olunur.

Mövcud şəraitdə girovların sərbəst buraxılması, təhlükəsiz qayıtması, cəsəd mübadiləsi təcili həll edilməsi lazım olan bir məsələyə çevrilib.

Buna görə, beynəlxalq ictimaiyyətə və xüsusən də insan hüquqlarını müdafiə etmək səlahiyyətinə sahib olan xarici strukturlara müraciət edirəm. İnsanları ən ağır hərbi cinayətlərdən və qeyri-insani, qəddar əsirlikdən qurtarmaq üçün maksimum imkanlarla və real addımlarla bu məsələni təcili həll etmək lazımdır “,- deyə Tatoyan yazdı.

Daha çox göstər
Back to top button