ArtsaxBaşlıca

Hin Şen blokadadan çıxarılıb

Artsax prezidentinin mətbuat katibi Vahram Poqosyan Şuşi rayonunun Berdadzor alt bölgəsində yaranmış gərgin vəziyyətlə bağlı Armenpress ilə danışıb.

Qeyd edək ki, yayılan məlumatlara görə, azərbaycanlılar xeyli vaxtdır ki, Şuşi rayonu Hin Şən kəndinin yolunu bağlayıblar və əhalini blokadaya alıblar.

“Azərbaycan qüvvələri erməni tərəfinə təzyiq göstərməyə çalışaraq, Hin Şenə aparan yolunda dayaq nöqtəsi qurublar, lakin rus sülhməramlıların müdaxiləsindən sonra azərbaycanlıların dayaq nöqtəsi qaldırılıb və Hin Şen blokadadan çıxıb.

Hazırda kənddə həm MO nümayəndələri, həm də rus sülhməramlıları var, onlar kənd sakinlərinin təhlükəsizliyini təmin edirlər”,-deyə Vahram Poqosyan bildirib.

Poqosyanın sözlərinə görə, Hin Şen kəndinin yaxınlığındakı Yeğtsahoğ kənd əhalisinə kəndi tərk etmək üçün Azərbaycan tərəfindən 12 saat vaxt verildiyinə dair xəbərlər həqiqətə uyğun deyil.

“Söz MO mövqelərindən birinin hərbçilərindən gedir. Amma erməni tərəfi bu tələbi rədd etdi və hazırda bu mövqe erməni qüvvələrinin nəzarətindədir”,-Poqosyan qeyd edib.

Daha çox göstər
Back to top button