
Rusiyanın Qarabağda varlığı sabitliyin pozulması riskini yaradır.
“RİA Novosti” xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper deyib.
“Harada Rusiya varlığı varsa, orada da sabitliyin pozulması və orada iştirak edən ölkələrə meydan oxuma riski var”, – deyə Kuper bildirib.
O əlavə edib ki, ABŞ Minsk Qrupu çərçivəsində sülh danışıqlarının tərəfdarıdır və humanitar məsələlərə də daha böyük diqqət yetirir.