Başlıcaİctimaiyyət

Putin Paşinyana başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin atasının vəfatı ilə əlaqədar Ermənistanın Baş naziri Nikol Paşinyana başsağlığı verib.

Rusiya liderinin başsağlığı teleqramında deyilir: “Hörmətli Nikol Vovayeviç, xahiş edirəm Vova Nikolayeviçin vəfatı ilə əlaqədar başsağlığı diləyimi qəbul edin. Ata ölümü ağır, əvəzsiz bir itkidir․ Dərdinizi və kədərinizi ürəkdən bölüşürəm. Bu çətin saatlarda sizə, ailənizə və dostlarınıza cəsarət və möhkəmlik diləyirəm”.

Xatırladaq ki, ER Baş nazirinin atası 16 dekabrda dünyasını dəyişib.

Daha çox göstər
Back to top button