
Rusiya Baş naziri Mixail Mişustin Ermənistan Baş naziri Nikol Paşinyana Yeni il münasibətilə təbrik ünvanlayıb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Mişustin Rusiya-Ermənistan münasibətlərinin 2020-ci ildə də dinamik şəkildə inkişaf etdiyini bildirib, böyük müştərək layihələrinin icra edildiyini, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı inteqrasiyanın gücləndiyini yazıb.
“ Əminəm ki, Ermənistanla Rusiya arasında əməkdaşlıq 2021-ci ildə də möhkəmləndiriləcək. Münaqişədən sonra Dağlıq Qarabağın yenidən qurulmasında səmərəli əməkdaşlığın təmin olunmasını vacib hesab edirəm”, – deyə Mişustin yazdı.







