BaşlıcaSiyasət

Baş nazir müavini Avinyanın idarəsi əsirlərin sayı haqda məlumatların dərc olunmamasını açıqlayıb

Ermənistanda və Azərbaycanda olan  əsirlər haqqında məlumatlar sirli bir xarakter daşıyır məsələnin həssaslığı nəzərə alınaraq dərc edilmir.

Bu haqda “Armenpress” ə ER Baş nazirinin müavini Tiqran Avinyanın idarəsindən məlumatlandırılıb.

Baş nazirin müavini Tiqran Avinyanın KİV-lərin sorğularına cavab olaraq, bu ərəfədə erməni tərəfinin  hərbi əsirlərin siyahılarının daima yeniləndiyini eləcə də,  axtarış prosesi və nəticələrini nəzərə alaraq həmkarlarına təqdim edildiyini bildirdi.

“Ermənistan, hər hansı bir hərbi əsir məsələsinə məsuliyyətlə yanaşır, həmvətənlərimizin təcili və təhlükəsiz şəkildə geri qaytarılması prosesinə zərər verə biləcək qeydiyyatlardan çəkinir.

Erməni tərəfinin əsirlərlə bağlı təqdim etdiyi siyahılara gəldikdə, rəqəmsal məlumatlarının əsrarəngizliyini nəzərə alaraq, yalnız yeniləmələrə əsasən bir neçə mərhələdə mütəmadi olaraq təqdim olunduqlarını bildirmək lazımdır.

Yeri gəlmişkən, hələ dekabr ayında tam siyahılar Rusiya tərəfinə, BQXK-ya təhvil verilmişdir.

“Ermənistanda və Azərbaycandakı məhbusları haqqında məlumatlar məxfilik xarakteri daşıyır, məsələnin olduqca həssas olduğu nəzərə alınaraq açıqlanmır”-deyərək  açıqlamada qeyd olunur.

Daha çox göstər
Back to top button