ArtsaxBaşlıcaMədəniyyət

Azərbaycan Artsaxdakı abidələrin qorunmasına yönəlmiş təşəbbüsləri bloklayır

Artsaxın mədəniyyət abidələrinin qorunması Ermənistan üçün problemdir. Rəsmilər deyirlər ki, erməni tərəfi addımlar atır, ancaq onları Azərbaycan tərəfi bloklayır.

Məsələn, dekabr ayında YUNESKO komissiyasının Artsaxın işğal olunmuş ərazilərinə girişi Azərbaycan tərəfindən qadağan edildi. Erməni Apostol Kilsəsi də bu prosesə Rusiya sülhməramlılarının cəlb olmunduğunu mühüm sayır.

Garegin Hambardzumyan Vardapet “Radiolur”a bildirib ki, erməni ruhanilər Dadivankda Rusiya sülhməramlılarının nəzarəti altında kilsə xidmətlərini apardıqları kimi, digər dini qurumlarda da belə edilməlidir.

“Amarasda ritual mərasimləri keçirilir. Düşünürük ki, bu baxımdan Rusiya sülhməramlılarının monastırın qorunmasında fəal iştirakı son dərəcə vacib olmalıdır. Bununla əlaqədar da addımlar atılır”- deyə o qeyd edib.

Elm, mədəniyyət və idman nazirinin keçmiş müavini Narine Xaçaturyan qeyd edir ki, erməni tərəfi addımlar atır. Bizim atdığımız hər addım Azərbaycan tərəfindən bloklanır: “Dekabr ayında YUNESKO-dan monitorinq üçün komissiya gəlməli idi, ancaq Azərbaycan tərəfi onların girişinə qadağa qoydu. Çox şey edilir və edildi, amma bu dövlət ən yüksək beynəlxalq strukturlara “yox” deyə bilər”.

Qanuni sənəd olmadığı üçün güc tətbiq etmək lazımdır, sənətşünas Lilit Sarkisyanın yanaşması belədir. O, mədəniyyət abidələrinin qorunmasına beynəlxalq xüsusi qoşunların cəlb edilməsini təklif edir. Sənətşünasın fikrincə, Ermənistan 1954-cü ildə imzalanmış olan Haaqa Konvensiyasından istifadə etməlidir.

“Bu, Ermənistanın beynəlxalq təşkilatlara müraciət edə biləcəyi yeganə sənəddir”- deyə Lilit Sarkisyan qeyd edib.

Daha çox göstər
Back to top button