BaşlıcaSiyasət

Entoni Blinkin: Bayden-Harisin administrasiyası təhlükəsizlik sahəsində Azərbayacana göstərilən yardımı nəzərdən keçəcək

ABŞ dövlət katibi vəzifəsində Co Baydenin namizədi Entoni Blinkin, Senatın beynəlxalq münasibətlər məsələləri üzrə komitədə öz namizədliyinin təsdiq edilmə dinləmələrindən  sonra yazılı suallara cavablardırarkən Ermənistanın təhlükəsizlik ehtiyaclarını və Dağlıq Qarabağda davam edən humanitar böhranı həll etmək üçün ABŞ-ın maliyyə yardımını dəstəkləyib. Bu barədə  Amerikanin Hay Dat Komitəsindən (ANCA) bildirilir.

“Blinkenin, Ermənistanın təhlükəsizlik ehtiyaclarını və Artsaxın müdafiəsini dəstəkləyən ABŞ-ın yeni rəhbərliyinə sadiqliyini alqışlayırıq. ABŞ-ın bir neçə aylıq etibarsız laqeydliyindən və Azərbaycan tərəfindən amansız təcavüzündən sonra biz erməni-amerikalıları və bir çox koalisiya tərəfdaşlarımızı maraqlandıran bütün məsələlərdə Bayden-Haris administrasiyasının konstruktiv və məsuliyyətli iştirakını gözləyirik”- deyə ANCA-nın qurucu direktoru Aram Hambaryan qeyd edib.

4 suala cavab verərək Blinken  “Ermənistanın təhlükəsizlik sahəsi, demokratik idarəetmənin möhkəmləndirilməsi və iqtisadi artımı üçün verilən yardımı” dəstəkləyib. “Son zamanlarda Dağlıq Qarabağda baş verən hərbi əməliyyatları nəzərə alaraq rəhbərliyimiz Azərbaycana olan təhlükəsizlik yardımımızı nəzərdən keçirəcək”- deyə o qeyd edib əlavə edərək ki, “lazım olsa, Bayden-Haris administrasiyası Azadlığı Dəstəkləmə Qanununun 907-ci maddəsinə əsasən tələblərin azad edilməsini dayandırmağa hazır olacaq”. O, “Ermənistanın və bölgənin təhlükəsizlik ehtiyaclarını ödəmək üçün müvafiq yardım səviyyəsini təyin etmək üçün Konqres və Müdafiə katibi ilə işləmək öhdəliyini” vurğulayıb.

Komitənin sədri Robert Menendesin ABŞ-ın ATƏT-in Minsk qrupu prosesindəki iştirakını bərpa etməsi ilə bağlı sualına cavab olaraq Blinken vurğulayıb ki, ABŞ-ın Dağlıq Qarabağın təhlükəsizliyini qoruyan və yeni müharibənin qarşısını almağa kömək edən nizamlama öhdəliyinə yeni töhfə verəcək: “Buraya ABŞ-ın həmsədri olduğu Minsk Qrupu vasitəsilə əməkdaşlığımızın intensivləşdirilməsi və üçüncü tərəflərin bundan sonrakı müdaxiləsinin qarşısını almaq üçün əlavə diplomatik iş daxildir”.

Daha çox göstər
Back to top button