BaşlıcaSiyasət

XİN-i: “Hökumət evinə hücum edənlər Baş nazirin diplomatik pasportunu da oğurlayıblar, o qüvvəsini itirmiş sayılır”

Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyanat imzalandığı gün, ER hökumət evinə  soxulan şəxslər ER Baş naziri Nikol Paşinyanın diplomatik pasportunu oğurladılar.

Bu haqda Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan “Armenpress”-lə  söhbəti zamanı bildirib.

“Noyabrın 10-da  bir qrup şəxslər ER hökumət binasına nüfuz etməsi nəticəsində, ER  diplomatik  pasportlar oğurlamışlar. Pasportlar  elə həmin gün  qüvvəsini itirmiş hesab oluub.

Həmin pasportlar arasında ER Baş nazirinin diplomatik pasportu da olub”-deyərək  Nağdalyan qeyd edib.

Yanvarın 26-da “Orbeli” mərkəzinin keçmiş mütəxəssisi Andranik Hovannisyan azərbaycanlıların ona ER Baş naziri Nikol Paşinyanın diplomatik pasportunu verdikləri barədə məlumat yayıb.

Noyabrın 10-da  Dağlıq Qarabağda atəşkəs elanından narazı olan vətəndaşlar etirazlarını bildirmək üçün hökumət binasının qarşısına toplaşdılar. Bu zaman bir qrup adamlar hökumət binasına soxularaq oradakı əmlaka ziyan vurmuşdular.

Daha çox göstər
Back to top button