
Qırmızı bazar-Şoş yolunun Azərbaycana verilməsi məsələsi müzakirə olunmur. Bu haqda Artsax Daxili işlər nazirinin Mətbuat katibi Hunan Tadevosyan “Radiolur”-a danışıb.
“Hazırda dövlət səviyyəsində belə bir qərar yoxdur. Şos Karmir Şuka-Martuni mağistralının bir hissəsidir.Şoşda inşaat işləri sürətlə davam edir. Mənzillər tikilir, dağıdılmış mənzillər təmir olunur.
Hunan Tatevosyan, eyni zamanda, Azərbaycan hərbçilərinin Hadrutda bir çox evi yandırdığı barədə dərcləri təkzib edir, çünki bəzi məlumatlara görə, yaxın vaxtlarda rus sülhməramlıları Hadrut bölgəsində yerləşdiriləcək.
“Xilasetmə qruplarımız demək olar ki, hər gün Hadrutdan keçir, Cəbrayıl, Füzuliyə gedirlər, çünki heç kim buna bənzər bir şey görməmişdir. Evlər müharibə zamanı yandırıldı, amma bu anda belə bir məlumatlar yoxdur.
Yeni yaradılan Artsax Daxili işlər nazirliyi hazırda Polis və Fövqəladə Hallar nazirliyinin işlərini sistemləşdirir.
Müharibənin ilk günündən etibarən Artsaxın xilasediciləri həddindən artıq yüklə çalışdılar və indi işlərində heç bir şey dəyişməyib. Axtarış və xilasetmə işləri, Azərbaycanın icazə vermədiyi günlər istisna olmaqla, hər gün həyata keçirilir.
“Bu, əsasən atəşkəsin pozulması ilə əlaqədardır. Azərbaycan atəşkəs rejimini iki dəfə pozdu: biri Şuşiyə Əliyevin səfəri zamanı, digəri isə Füzulidə hava limanının inşası zamanı.
Ən çox cəsədlər haradan çıxarılıb?
Bütün bu müddət ərzində ən çox cəsəd Şuşi, Füzuli və Cəbrayıl bölgələrindən çıxarılıb. Hazırda 1357 cəsəd tapılıb, onlardan 15-i, ilkin məlumatlara görə, mülki sakinlərin cəsədlərdir. Həmsöhbətim özü də bir neçə dəfə axtarış və xilasetmə işlərində iştirak etmişdir.

“Mənəvi baxımdan çətindir: bir tərəfdən öz vətənində olasan lakin qonaq statusuyla və sənə diktə edilir ki, sən orada nə etməlisən.
Digər tərəfdən öz hərbiçilərimizn cəsədlərini çıxarırıq Bu isə hamımız üçün ağrılıdır”.

Artsax Daxili işlər nazirliyinin mətbuat katibi, Artsaxdakı yaşayış məntəqələrinin təqribən 80 faizinin artıq minalardan təmizləndiyini də bildirir. Hazırda dağ və ya meşə sahəsində işlər aparılır.







