
Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan, Ermənistan Respublikası Milli Təhlükəsizlik xidmətinin direktoru Polkovnik Armen Abazyan və Artsaxda RF sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov Rusiya qoşunlarının nəzarətində olan ərazidə Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb.
Bu haqda “Artsaxpress”-lə Artsax Prezidentinin mətbuat katibi Lusine Avanesyan məlumatlandırıb.
Artsax Prezidentinin mətbuat katibinin sözlərinə görə, əsirlərin geri qaytarılması və itkin düşənlərin axtarışı ilə bağlı digər humanitar məsələlər də müzakirə olunub.
“1990-cı illər müharibəsi zamanı itkin düşənlərin taleyi ilə bağlı da bir müzakirə var olub”- Avanesyan əlavə etmişdir.







