BaşlıcaSiyasətTəhlil

Abxaziya dəmir yolunun açılması realdırmı?

Gürcüstan məsələləri üzrə ekspert Johnny Melikian “Region” (“Taratsaşrcan”) proqramı çərçivəsində Abxaziya dəmir yolunun açılması ehtimalından, Ermənistan üçün bunun siyasi və iqtisadi əhəmiyyətindən danışdı.

Ekspertin sözlərinə görə, Abxaziya dəmir yolunun bərpası haqqında 1990-cı illərdəki müharibədən bəri çox danışıldı. Demək olar ki, Ermənistan-Gürcüstan, Ermənistan-Rusiya danışıqlarında bu məsələ müzakirə olunmuşdur, lakin bu illər ərzində həmişə danışıqlar imkanlarını məhdudlaşdıran siyasi qırmızı xətlər məsələsi mövcuddu.

Gürcüstan ərazi bütövlüyü məsələsini rəhbər tuturdu və Abxaziyanın danışıqlar masasında olması Gürcüstanın dövlət maraqlarına cavab vermirdi. Bununla yanaşı, ekspertin fikrincə, Gürcüstanda bir konsensus var ki, blokada olmadığı halda Abxaziya və ya Cənubi Osetiya ilə Gürcüstanın əlaqələri bu münaqişənin yaxın gələcəkdə həll olunmasını mümkün edə bilər.

Melikian hesab edir ki, Ermənistan üçün alternativ bir marşrutun olması vacibdir, lakin bütün bunlar demək deyil ki, bu yolla maksimum yük daşımaq mümkün olacaq. Abxaziya dəmir yolu Sovet dövründə sərniş üçün idi və yüklərin böyük əksəriyyəti (80%) Meqridən Azərbaycana, oradan da Rusiyaya daşınırdı.

Ekspert qeyd edib ki, investisiya problemi də vardır. Müharibədən sonra Abxaziyanın elə yerləri var ki, orada ümumiyyətlə dəmir yolu yoxdur. Tamamilə tikinti və ya təmir işləri aparılacağı təqdirdə, müxtəlif hesablamalara görə 190 km-ə qədər yol üçün xərclər 250-400 milyon dollara çatacaq. Yəni, kifayət qədər ciddi investisiyalar olmalıdır.

Ekspertin fikrincə, siyasi baxımdan dəmir yolunun istismarı önəmlidir, çünki Ermənistanın Azərbaycan ərazisindən keçən yolu olsa, Gürcüstan ərazisində də ona alternativ olmalıdır. Bundan başqa, Lars yoluna əlavə olaraq, Osetiya avtomobil yolunun istifadəyə verilməsi daha real imkanlar yaradacaqdı.

“Rusiya Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl bildirmişdi ki, Gürcüstanla Rusiya arasındakı əlaqələri və infrastrukturu münaqişəni həll etmədən blokadadan çıxarmağa imkan verən Rusiya-Gürcüstan müqaviləsinin icrası mümkündür. Burada yeni bir fürsət var, əgər Abxaziya dəmir yolu üçün investisiyalar lazımdırsa, bu yol baxımından çox az investisiya da olar və bu ciddi bir problemi həll edəcəkdir. Bu vəziyyətdə əsas yükümüz bu yolla gedəcəkdir”,-Melikian qeyd etdi.

Gürcüstan Xarici İşlər nazirinin bölgəyə gözlənilən səfəri barədə danışan Melikian, səfərin İran Xİ nazirinin səfərindən bir müddət sonra elan olunduğunu vurğuladı və qeyd etdi ki, həm Gürcüstan, həm də İran bu regional proseslərlə tanış olmaq və iştiraklarını göstərməq, eyni zamanda ölkələrinin mövqeyini aydınlaşdırmaq niyyətindədir.

“Gürcüstan Xİnazirinin səfərinə bu kontekstdə baxmaq lazımdır, çünki Azərbaycan-Ermənistan yolları açılsa, Azərbaycan üçün Gürcüstanın rolu azalacaqdır. Onların Bakı-Tbilisi-Qars dəmir yolu var. Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək yeni bir dəmir yolu olsa, Azərbaycan bu dəmir yolu ilə Türkiyə ilə ticarət edə bilər və bu da Gürcüstanın rolunu azaldacaqdır. Gürcüstan tranzit ölkə idi və indi bu monopol mövqeyini itirə biləcək. Burada rəqabət şəraiti yaranır.

Əvvəllər Yerevan böyük regional layihələrdən kənarda qalmamaq üçün qonşuları ilə işləməyə çalışırdısa, bu gün qonşu İran və Gürcüstan aktual olmaq və dəyişkən bir vəziyyətdə öz yerlərini tutmaq üçün daha aktivləşdilər. Ermənistan-Gürcüstan münasibətlərində maraqlı imkanlar açıla bilər və burada impuls artıq birtərəfli olmayacaqdır2,-deyə ekspert əlavə etdi ki, Gürcüstanda anlayır ki, milli maraqlarını qorumaq üçün xarici siyasət baxımından daha balanslı olmalıdırlar.

Daha çox göstər
Back to top button