İtaliya Veronası Artsaxın tanınmasına çağırır

İtaliyanın Verona şəhər şurası, yekdilliklə Dağlıq Qarabağ xalqı ilə həmrəy olduğunu bildirdi və qəbul edilmiş qərarla bələdiyyə başçısını İtalyan qurumlarından Artsax Respublikasının tanınmasını tələb etməyə çağırdı.
“Ötən aylarda Dağlıq Qarabağın dinc mülki əhalisi, türk ordusunun cihadçı muzdlularının dəstəyi ilə Azərbaycan silahlı qüvvələri tərəfindən başladılan dəhşətli silahlı qarşıdurmanın qurbanı oldu” –deyərək şəhər şurasında təqdim olunmuş layihəni ilk dəfə Alberto Zelger imzalayaraq qeyd edib ki, xalqın süverenlik hüququnun həyata keçirilməsi vaxtı çatıbdır.
Layihə, həmçinin Veneto bölgəsində, Təhsil nazirliyinin dəstəyi və məktəblərin iştirakı ilə erməni xalqı ilə hadisələrin daha təfərrüatlı öyrənilməsinə imkan yaradan layihələrin təşviq edilməsini təklif edib.
Təşəbbüsü bələdiyyə başçısının məsləhətçiləri Alberto Zelger (ilk imza atan), Vito Comenini, Maria Fiore Adam, Laura Boquin, Paola Bressan, Matteo De Marzin, Daniela Drudin, Alessandro Gennaro, Pazarro Andreo, Anna Grasso Ron, Anna Grasso Ron imzalamışdır.