BaşlıcaSiyasətTəhlil

Tehran niyə Avrasiya İqtisadi Birliyinə qoşulmaq istəyir?

İran Prezidenti Həsən Ruhani və Parlamentinin sədri Məhəmməd Bağer Qalibaf İranın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmaq niyyətində olduğunu bildiriblər. İranşünas Vardan Voskanyan “Region” (“Taratsaşrcan”) proqramı çərçivəsində İranın AİB-ə mümkün üzvlüyünə, bu qərarın səbəblərinə və Ermənistana təsirlərinə toxundu.

İranşünasın sözlərinə görə, İran Parlamentinin sədri siyasi sisteminin mühafizəkar baxışını təqdim edir, Prezident Ruhaninin komandası isə, islahatçılar qolundandır. Demək olar ki, İran siyasi elitası daxilində bu mövzuda konsensus var, yəni iranlılar AİB-ə qoşulmağa hazırdırlar.

V. Voskanyanın fikrincə, İran üçün əsas məsələ ABŞ ilə münasibətləridir, çünki buna görə İranın ciddi iqtisadi problemləri var və iranlılar alternativ birliklərə qoşularaq öz iqtisadi problemlərini həll etmək üçün yeni yollar tapmağa çalışırlar.

“Ancaq, AİB-ə üzvlülük yalnız iqtisadi deyil, geosiyasi baxımdan da vacibdir və iranlılar Yaxın Şərqdə və ümumiyyətlə ABŞ ilə münasibətlərdə geosiyasi çəkilərini artırmağa çalışırlar”,-deyə İranşünas qeyd etdi.

Voskanyan hesab edir ki, indi ABŞ-İran münasibətlərinin inkişafında iki ssenari var: ya sanksiyalar davam ediləcək və İranla hər hansı bir razılaşma istisna olunacaq, ya da yeni siyasi rejim İranla bəzi kompromislərə gedəcək.

“Hər halda, İranın alternativ strukturlara üzvlüyünü təmin etmək marağı dəyişməz qalacaq, çünki iranlılar həmişə sanksiyaların sabah bərpa oluna biləcəyi məntiqi ilə işləyirlər, bu səbəbdən sanksiyaların ləğvi belə İranın niyyətini dəyişdirməyəcək, amma başqa bir vəziyyət də var. Yaxın gələcəkdə İranda prezident seçkiləri planlaşdırılır. Bunun bir dönüş nöqtəsi olacağını düşünməsəm də, bu, İranın xarici siyasətinə müəyyən təsir göstərəcəkdir”,-ekspert deyib.

İranın AİB-ə üzvlüyünün Ermənistana nə verəcəyi sualına toxunan ekspert qeyd edib ki, İran tərəfi dəfələrlə İran-AİB münasibətləri kontekstində Ermənistanın bir qapı ola biləcəyini bildirdi və İranın AİB üzvü olması Ermənistana həm xeyir, həm də müəyyən yeni çağırışlar gətirəcəkdir.

“Aydındır ki, AİB üzvü olan dövlətlərlə sərhədi olmayan dövləti olaraq İranın üzvlüyü Ermənistan üçün faydalıdır. Bu vəziyyətdə İranla ortaq iqtisadi məkanımız olacaq. Bu isə, İran bazarında olmağımız üçün geniş imkanlar açacaq. Digər tərəfdən də Ermənistan bazarı İran malları üçün açılacaq, bu isə müəyyən sahələrdə erməni istehsalçısının imkanlarına təsir göstərə bilər və məhsullarımızı qiymət baxımından rəqabətsiz hala gətirmə bilər.

Ancaq, əgər geosiyasi komponenti nəzərə alsaq, Ermənistan bölgədəki geosiyasi mövqeyini gücləndirmək üçün mümkün bir fürsət əldə edəcəkdir. Digər sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün İranla eyni iqtisadi birlik çərçivəsində olma faktından da istifadə edə bilərik. Xüsusən də ilk növbədə təhlükəsizlik sahəsində”,-ekspert vurğuladı.

İranlşünasın fikrincə, İran-Ermənistan münasibətlərinin bir çox komponenti İran daxilində hakimiyyət dəyişikliyi ilə şərtlənmir, lakin hər hansı bir ölkədə hökumət dəyişikliyinin ikitərəfli münasibətlərə müəyyən dərəcədə təsiri olması təbiidir.

“Ermənistan-İran münasibətlərinin son 30 illik təcrübəsi göstərir ki, İranda mühafizəkar hökumət olduğu dövrdə ölkələrimiz arasında daha geniş əməkdaşlıq mövcuddu. Yəni bu vəziyyətdə mühafizəkarların seçkilərdə müvəffəq olmaq şansı çox olduqda, əlaqələrin inkişafı üçün daha geniş perspektivlərimiz olacaq. İranda mühafizəkarlar hakimiyyətə gələrsə, bizə düşmən olan dövlətlərə qarşı mövqeləri də sərtləşəcəkdir. Əhmədinejadın hakimiyyəti illərindəki İran-Azərbaycan münasibətlərini xatırlasaq, bunların hazırkı İran prezident komandasının mövqeyindən tamamilə fərqli olduqları göz qabağındadır”,-deyə Voskanyan bildirdi.

Daha çox göstər
Back to top button