Başlıcaİctimaiyyət
ÜST pandemiyanın sona çatacağı tarixi açıqladı

Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klyuqe deyib.
“Ən pis ssenari arxada qaldı. Biz 2020-ci illə müqayisədə virus haqqında artıq daha çox informasiyaya sahibik”, – deyə Klyuqe bildirib.
Onun sözlərinə görə, virus insan populyasiyasından tamamilə yox olmayacaq. Bununla belə məhdudlaşdırıcı tədbirlər gələn ilin əvvəlinədək başa çata bilər.
Klyuqe daha sonra əlavə etdi ki, bu yalnız bir proqnozdur, vəziyyətin necə inkişaf edəcəyini dəqiq demək mümkün deyildir.