ArtsaxBaşlıcaSiyasət

Ermənistan və Artsax Xarici İşlər nazirləri erməni əsirləri məsələsini müzakirə etdi

25 fevralda Ermənistan Respublikasının Xarici İşlər naziri Ara Ayvazyan, Artsax Respublikasının Xarici İşlər naziri Davit Babayan ilə görüşdü.

Nazirlər Ayvazyan və Babayan mövcud gündəm məsələlərinin daha təsirli bir şəkildə müzakirəsi və atılacak addımların müəyyənləşdirilməsi üçün Ermənistanla Artsax arasındakı əməkdaşlığın daha da gücləndirməsinə əhəmiyyət verdilər.

Ermənistan və Artsax Xarici İşlər nazirləri son dövrlərdə Türkiyə-Azərbaycan təcavüzü nəticəsində Ermənistan və Artsaxın üzləşdiyi humanitar məsələləri, o cümlədən erməni əsirlər məsələsini müzakirə etdi. Artsaxdakı sosial-iqtisadi vəziyyəti sabitləşdirmək üçün atılan addımlar kontekstində beynəlxalq strukturların cəlb olunmasının zəruriliyi vurğulandı.

Görüşdə tərəflər ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində Artsax sülh prosesinin bərpası ilə bağlı fikir mübadiləsi apararaq Artsax ermənilərinin hüquqlarının bərpası, Artsaxın statusunun qorunması və müəyyənləşdirilməsi barədə konsensusun olduğunu vurğuladılar.

Daha çox göstər
Back to top button