BaşlıcaEkonomika

İqtisadi azadlıq indeksində Ermənistan 32-ci, Azərbaycan isə 38-ci pillədədir

ABŞ-ın “Heritage” fondu martın 4-də 2021-ci il İqtisadi Azadlıq İndeksini açıqlayıb.

“Azadliq.org” saytına əsasən, bu indeks qanunvericilik, dövlətin iqtisadi gücü, tənzimləyici effektivlik və bazarın açıqlığı kimi meyarlar üzrə hesablanır. İndeks sürətli inkişaf və davamlı sosial proqresdə iqtisadi azadlığın vacibliyini bir daha təsdiqləyir.

Belə ki, “azad” və “daha çox azad” ölkələrin vətəndaşlarının gəlirləri dünyadakı orta gəlirdən iki dəfə çoxdur, “boğulmuş” iqtisadiyyatlardan isə altı dəfə yüksəkdir.

Gürcüstan 12-ci, Ermənistan 32-ci, Azərbaycan isə 70.1 balla 38-ci pillədə qərarlaşıb . “Əsasən azad” iqtisadiyyatlar 79.9-70 bal yığanlardır.

Rusiya 92-ci pillədədir, iqtisadiyyatı “orta azad” hesab olunub. İran (168), Türkmənistan (167) iqtisadiyyatları isə “boğulub”.

İlk beşliyə 80-100 bal yığmış Sinqapur, Yeni Zelandiya, Avstraliya, İsveçrə və İrlandiya daxildir.

Daha çox göstər
Back to top button