BaşlıcaSiyasət

Azərbaycanda nifrət, düşmənçilik səviyyəsi yüksəkdir։ ER Ombudsmanı dəlil və faktlar təqdim edir

Azərbaycanda antierməni düşmənçiliyin mütəşəkkil təbliğatı yüksək səviyyədədir.

Bunu ER Ombudsmanı Arman Tatoyan martın 5-də keçirdiyi mətbuat konfransı zamanı qeyd edib.

Mətbuat konfransında İnsan Hüquqları Müdafiəçisi, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən söylənilən xalq çıxışlarından ermənilərə qarşı nifrət tərkib edən ifadələr, sitatlar gətirdi. Məsələn, “Ermənistan dəyərsiz ölkədir. Əslində kolonidir, xaricdən idarə olunan ərazidir”. “Օ, qədim Azərbaycan torpaqlarında yaradılan süni dövlətdir”, “Azərbaycan əsgərləri erməniləri it kimi qovurlar”․

Tatoyana görə, sonuncu sitatı, Azərbaycan prezidenti Artsaxdakı 44 günlük müharibə zamanı söyləyib və bu azərbaycanlıları ilhamlandıran şüarlardan biri olub.

İnsan Hüquqları Müdafiəçisinin heyəti sosial şəbəkələrdəki və digər sahələrdəki anti-erməni ifadələr tərkib edən açıqlamaları da araşdırıb.

İnsan Hüquqları Müdafiəçisi növbəti dəlil qrupunu erməni məhbusların başının kəsilməsinə, qulaqının kəsilməsinə və döyülməsinə işarə edən videolar vasitəsilə göstərib.

Daha çox göstər
Back to top button