BaşlıcaSiyasət

ER XİN, Əliyevin “Zangezur dəhlizi” ilə bağlı açıqlamasına toxunub

9 Noyabr üçtərəfli bəyanatın 9-cu bəndində dəhlizin yaradılması barədə söz yoxdur. ER XİN mətbuat katibi Anna Nağdalyan Azərbaycan prezidenti İlham Əliyevin açıqlamasına cavab verib.

Qeyd edək ki, Azərbaycan prezidenti  İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxış edərək qeyd etmişdir: “Yeni nəqliyyat dəhliz Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək”.

Zangezuru “Azərbaycanın tarixi ərazisi” adlandıraraq və uydurma “dəhlizə” istinad edərək Azərbaycan prezidenti təxribat xarakterli bəyanatla 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının həyata keçirilməsini qəsdən alt-üst edir. Bu cür ritorika Azərbaycanın öhdəliklərinə ziddir, bu, beynəlxalq hüquq üçün açıq çağırışdır və bölgədə sabitliyin bərqərar olmasına töhfə vermir, hansı da bölgədəki bütün ölkələr üçün təhdiddir”- deyə Anna Nağdalyan qeyd edib.

İlham Əliyevin münaqişəni həll etdiyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyini söylədiyinə toxunan Nağdalyan qeyd edib ki, Azərbaycan prezidentinin Azərbaycanın Qarabağ münaqişəsini hərbi yolla həll etdiyinə dair açıqlamaları bir daha göstərir müharibənin təşəbbüskarı, güc tətbiq edən, bölgəni daha da sabitləşmə sınağından keçirən kimdir.

“Həmişə olduğu kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurası qətnamələrinin müddəalarını təhrif edir, baxmayaraq ki, eyni qətnamələr Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi Minsk Qrupunun sülh prosesinə dəstək verir”- deyə Nağdalyan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin DQ sülh prosesi ilə bağlı açıqlamaları beynəlxalq birliyin, ilk növbədə, münaqişənin hərtərəfli həllinin lazım olduğunu açıq şəkildə vurğulayan ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyinə ziddir.

O qeyd edib ki,  güc tədbiqi ilə Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu boğmaq cəhdi münaqişənin həllinə zəmin yarada bilməyəcək. Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və müharibənin nəticələrinin aradan qaldırılması münaqişənin həllinin əsas hissələridir.

Daha çox göstər
Back to top button