Başlıcaİctimaiyyət

Martın 7-də Şurnuxda 30 metr yüksəklikdə üçrəngli erməni bayrağı qaldırılacaqdır

Martın 7-də Şurnuxda 30 metr yüksəklikdə üçrəngli erməni bayrağı təntənəli şəkildə qaldırılacaqdır. Ermənistandakı ən yüksək bayraq ilk dəfə Kapanda, indi isə Şurnuxda qaldırılacaq.

Həmçinin tədbir zamanı qurban kəsiləcək, mədəni tədbirlər keçiriləcək, oranın bütün yaşayış məntəqələri ənənəvi yeməklərini təqdim edəcəklər.

“Təşəbbüs bütün sərhədyanı qəsəbələrində davamlı olacaqdır. Şurnuxdan cəmi bir neçə metr uzaqlıqda olan düşmən daim hiss etməlidir ki, biz nəinki sərhəd qəsəbələrimizin sakinlərinin yanındayıq, həm də yaşayış yerlərimizi abadlaşdıracağıq”,- Qoris icma hakimiyyəti tərəfindən yayılan məlumatda deyilir.

Daha çox göstər
Back to top button