
Artsax Respubliaksının Prezidenti Arayik Harutyunyan işğal olunmuş Hadrut rayonunun bir qrup sakinləri ilə görüşüb.
Görüş ərzində didərgin düşmüş şəxslərin Artsax Respublikasının başqa yaşayış məntəqələrində məskünləşdırılması müzakirə olunub.
Arayik Harutyunyan qeyd etdi ki, tezliklə Askeran rayonunun Noragyuğ, Xnatsax, İvanyan kəndlərində tikinti işləri başlayacaq.
Hadrutlularla görüş ərzində sosial məsələlər də müzakirə olunub. Hadrut rayonunun taleyinə toxunan Artsax Respublikasının Prezidenti qeyd etdi ki, Artsax Respublikasının ərazi bütövlüyünün bərpasının siyasi yolu Artsax gündəminin ən vacib məsələlərindən biridi.