BaşlıcaSiyasət

Ermənistan Ordusu 7500 nəfər şəxsi heyətlə təlimlər keçirəcək

ER Silahlı Qüvvələrinin 2021-ci ilin birinci yarısının hazırlıq planına əsasən, 16-20 martda Ermənistan SQ-nin bütün əməliyyat istiqamətlərində taktiki hərbi təlimlər keçiriləcəkdir. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Hərbi təlimlərin məqsədi qoşunların döyüş hazırlığının, mövcud vəziyyətdə sürətli hərəkət etmək bacarığının yoxlanmasıdır. Təlimlərdə həm döyüş, həm də qeyri-döyüş atışları ilə operativ-taktiki epizodlar olacaq.

Taktiki hərbi təlimlərə təxminən 7500 hərbçi, 200-ə yaxın raket, reaktiv topçu və artileriya qurğusu, 150-dən çox tank əleyhinə vasitə, 100-ə yaxın zirehli texnika, 90-dan çox hava hücumundan müdafiə vasitəsi cəlb olunacaq. Qoşunların taktiki əməliyyatlarını dəstəkləmək üçün, təlimə aviasiya da daxil olacaq.


Daha çox göstər
Back to top button