Başlıcaİdman

İspaniyada Kaparosu erməni adlandırırlar: Rumıniyada məşqçisinin istefasını tələb edirlər

İspaniyalı mütəxəssis Xoakin Kaparos erməni oldu. Bu barədə İspaniyanın “Marca” nəşri yazır.

“ Xoakin Kaparos onsuz da ermənidir, bu səbəbdən də qələbəsini Ermənistanla qeyd edir. Əfsanəvi ispaniyalı məşqçi indi Qətərdə keçiriləcək 2022 Dünya Kubokunun seçmə mərhələsində üç matçda qalib gəldiyi Ermənistan millisinə rəhbərlik edir”-deyə sayt, Ermənistanın qələbəsi ilə bağlı video yayımlayaraq yazıb.

Bu vaxt Rumıniyada komandanın baş məşqçisinin istefasını tələb etməyə başlayıblar. Mövzu əvvəlcə Rumıniya millisinin azarkeşləri tərəfindən sosial şəbəkələrdə qaldırılıb, sonra rəsmilər bu barədə danışdılar.

Xüsusilə Rumıniya Futbol Federasiyasının baş katibi Castin Stefan federasiyada köklü dəyişikliklərin edilməsi lazım olduğunu vurğulayaraq Redonu tənqid edib.

“Ermənistanın verdiyi məğlubiyyət alçaldıcı idi”-deyə Stefan Facebook səhifəsində yazıb.

Xatırladaq ki, martın 31-də 2022 Dünya Kuboku seçmə mərhələsinin üçüncü turunda Ermənistan komandası Rumıniya komandasını 3: 2 hesabı ilə məğlub etdi.

Daha çox göstər
Back to top button