Başlıcaİctimaiyyət

“Lokdauna ehtiyac yoxdur”: Arsen Torosyan

ER Baş nazirinin Administrasiyasının sədri Arsen Torosyan “Sputnik Armeniya”-ya müsahibəsində qeyd etdi ki, Ermənistanda lokdaun olmayacaq.

“2020-ci ilin may ayında qaydalara riayət edərək normal bir həyata davam etməyə qərar verdik. Bu gün də eynidir, amma həyatı dayandıra bilmərik”,- deyə Arsen Torosyan qeyd etdi.

Bu kontekstdə də seçkiqabağı kampaniyalar və seçkilər keçiriləcəkdir.
ER keçmiş səhiyyə naziri peyvəndlərə də toxundu. O qeyd etdi ki “Sputni V” ilə peyvənd olunub, ondan sonra koronavirusa yoluxmayıb.

“Keçən ilin noyabr və dekabr aylarında Ermənistanda peyvənd olunan ilk şəxsi idim. Ondan sonra ailə üzvlərim koronavirusa yoluxublar, mən yolxmadım”,- deyə Arsen Torosyan bildirdi.

Onun sözlərinə görə, peyvəndlərin əldə edilməsi Ermənistan üçün prioritetdir.

“Son vaxtlar 24 min “AstraZeneca”, 15 min “Sputnik V” peyvəndi əldə olunub”,- deyə Torosyan bildirdi.

Daha çox göstər
Back to top button