
RF Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və ER Silahlı qüvvələri Baş Qərargah rəisi Artak Davtyan arasında telefon danışığı olub.
Bu haqda RF Müdafiə nazirliyi məlumatlandırıb.
Qeyd olunur ki, regional təhlükəsizliyinin təmin olunması və sülhməramlı əməliyyatlar, eləcə də, Rusiya və Ermənistan arasında hərbi və hərbi texniki əməkdaşlığının hazırkı vəziyyətinə və perspektivinə dair məsələlər müzakirə olunub.







