
“ER növbədənkənar parlament seçkiləri elə bir şəkildə keçiriləcək ki, onları mübahisə etməyə səbəb olmayacaq”-deyərək ER Baş naziri Nikol Paşinyan qeyd edib..
O, hakimiyyətlərin “Artsax müharibəsindən sonrakı gərgin siyasi vəziyyətdən çıxmaq üçün” növədən kənar parlament seçkilərinin keçirilməsini təklif etdiyini xatırladı.
Son vaxtlarda isə parlament və parlament xaricindəki müxalifətlə son müzakirələr nəticəsində erkən seçkilərin iyunun 20-də keçirilməsi qərarı verildi.
Paşinyana görə, Baş nazir olduğu 2018-ci ilin dekabrındakı seçkilər, 1996-cı ildən bəri ilk dəfə Konstitusiya Məhkəməsində seçki nəticələrinə etiraz edilməməsi ilə unikal idi”
“Əminəm ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcəkdir.İnanıram ki, bu dəfə xalqımız öz iradəsini sərbəst ifadə edərək qanuni bir hökumət formalaşdırarcaq.
Biz,bu cür seçkilərin etiraz edilməsinə ehtiyac olmadığı üçün keçirilməsini təmin edə bilərik” –deyərək “RİA Novosti”-yə verdiyi müsahibəsində qeyd edib.
“Mülki müqavilə” partiyası indi seçkilərə hazırlaşır və bu mövzuda müzakirələr davam edir.
Koalisiyanın formalaşmasına gəlincə, bu barədə yalnız seçkilərin nəticələrini yekunlaşdırdıqdan sonra danışmaq mümkün olacaq” – deyərək Paşinyan, “Mülki müqavilə” hakim partiyasının seçkilərdə müstəqil və ya digər qüvvələrlə ittifaqda iştirak edib etməyəcəyi sualını cavablandırarkən bəyan edib.







