
Ermənistanın İstintaq Komitəsində Suriya Respublikasının vətəndaşları Muhrab Muhammad al-Şkheri və Yusef Alabet al-Hacii tərəfindən Azərbaycan Respublikasının Artsaxa qarşı təcavüzkar müharibəsində muzdlu-terrorçu kimi iştirak etməsi faktı ilə başladılan cinayət işinin ibtidai istintaqını başa çatdırdı.
Cinayət işinin hərtərəfli, tam və obyektiv ilkin istintaqı zamanı əsaslandırılıb ki, Azərbaycan Respublikasının vətəndaşı olmayan, bu ərazidə daimi yaşamayan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olmayan, lakin Suriya Ərəb Respublikasının vətəndaşı olan, Suriya Ərəb Respublikası və ya başqa bir dövlət tərəfindən Azərbaycana göndərilməyən Muhrab al-Şxeri və Yusef Alabet al-Haci maddi təzminat müqabilində 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının hərbi-siyasi rəhbərliyinin Artsaxa qarşı başlatılan təcavüzkar müharibədə iştirak etmişdir.
Bu müharibə ərzində onların hərəkətləri Artsax Respublikası və Ermənistan Respublikası ərazisindəki hərbi əməliyyatlarda iştirak etməyən mülki şəxslərin məhv edilməsinə və ya ağır bədən xəsarəti yetirilməsinə yönəldilibdir. Bu hərəkətlər isə mülki əhalini qorxudaraq, Artsax Respublikası və Ermənistan Respublikasının daxili vəziyyətini pozmaq məqsədi daşıyırdı.
Bütün bu cinayət hərəkətlərə görə Suriya Ərəb Respublikasının vətəndaşları Muhrab Muhammad al-Şkheri və Yusef Alabet al-Haci, ER Cinayət Məcəlləsinin 217-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi, 389-cu maddəsi, 34-390-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndi, 34-390-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndi və 395-ci maddəsinin 3-cü hissəsi ilə günahlandırılır.