ArtsaxBaşlıcaSiyasət

Artsax XİN Azərbaycanın “təxribat və təcavüzkar hərəkətlərini” qəti şəkildə pisləyir

Artsax Xarici İşlər Nazirliyi Artsax vətəndaşları arasında qorxu və müdafiəsizlik mühiti yaratmaq, Rusiya sülhməramlı missiyasını torpedo etmək məqsədi daşıyan Azərbaycanın “təxribat və təcəvüzkar əməliyyatlarını” qəti şəkildə pisləyir.

Xarici İşlər Nazirliyi qeyd edir ki, aprelin 20-də Azərbaycan silahlı qüvvələrinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobudcasına pozaraq, Artsax paytaxtı Stepanakert, eləcə də Askeran bölgəsinin Şoş və Mxitaraşen yaşayış məntəqələri istiqamətində atəş açıblar. Atışma nəticəsində Stepanakertdəki yaşayış evinin damı zədələnib.

“Erməni maşınlarına hücumlar, tarlalarda işləyən kəndlilərə atəş açma, Şuşidən Stepanakertə gedən yolda tank-abidəsinin ərazisinə sızıb təxribat törətməsi və vandalizmi, erməni tarixi və mədəni abidələrinin məhv edilməsi və Azərbaycan tərəfinin digər hərəkətləri  Azərbaycanda dövlət səviyyəsində aparılan ermənifob və faşist siyasətinin nəticələridir. Artsax xalqını qorxutmaq üçün hər hansı cəhd uğursuzluğa məhkumdur və bu, öz torpaqlarımızda sərbəst yaşamaq əzmimizi sarsıtmayacaq”- deyə bəyanatda qeyd edilib.

Daha çox göstər
Back to top button