BaşlıcaEkonomikaSiyasət

Metsamor AES-i 2036-cı ilədək istismar etmək niyyətindədirllər: Ermənistan-Rusiya işçi qrupu yaradılacaq

Metsamor atom elektrik stansiyasının fəalliyət müddətini 2026-cı ildən sonra da uzatmaq üçün Ermənistan-Rusiya işçi qrupu yaradılacaq. Bu barədə atom elektrik stansiyasının direktoru Movses Vardanyan bildirdi.

Hazırda işçi qrupunun yaradılması barədə rəsmi qərar yoxdur, lakin nazirin əmri artıq var.

“İşçi qrupa daxil etmək üçün namizədlərin siyahısını təqdim edəcəyik”,- deyə Vardanyan bildirdi.

Çox güman ki, işçi qrupuna Ermənistan AES-in nümayəndələri, “Armatom” institutunun mütəxəssisləri, “Haypetatom Control” təşkilatı, Nüvə Təhlükəsizliyi Tənzimləmə Komissiyasının nümayəndələri daxil olacaq.

Rusiya tərəfindən, “Rosatom” Dövlət Korporasiyasının, “Rusatom Service”-nin, “AtomenergoProject”-in, “Gidropress”-in, Kurchatov İnstitutunun və Roseneroatom” şirkətinin mütəxəssisləri iştirak edəcəklər.

İşçi qrupunun məqsədi AES-in 2026-cı ildən sonra fəaliyyətini uzatmaq üçün bir konsepsiyanın hazırlanmasıdır.
Bir neçə gün əvvəl, Ermənistan nümayəndə heyəti Rusiyanın Kolskaya atom elektrik stansiyasında olub. Orada ER ərazi idarəetmə və infrastrukturlar nazirinin müavini Hakob Vardanyanın ölkə hakimiyyətinin AES-in fəaliyyətini ən azı 2036-a qədər uzatmaq niyyətində olduğunu bildirdiyi.

Ermənistan üçün Kolskaya atom elektrik stansiyasının təcrübəsi çox vacibdir, çünki bu stansiya fəaliyyət müddətini uğurla uzatdı. Stansiya təxminən 50 ildir fəaliyyət göstərir.

Hazırda Metsamor AES-də fəaliyyət müddətini 2026-cı ilə qədər uzatmaq üçün təmir işləri aparılır.
Layihəni Kurçatov İnstitutunun və “Atomenergoremont” müəssisəsinin mütəxəssisləri tərəfindən hazırlanır.

Daha çox göstər
Back to top button