Başlıcaİctimaiyyət

Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləri tətil ediblər

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayonu ərazisində yerləşən 9 saylı köməkçi yardım stansiyasının işçiləri mayın 6-da axşamdan başlayaraq çağırışlara çıxmaqdan imtina ediblər. Məlumatı Turan yayıb.

Tibbi Yardım Stansiyasının işçilərinin etirazı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Nazirlər Kabinetinin qərarının icra edilməməsi ilə bağlı olub. Qərara görə, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə aylıq vəzifə maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən edilib.

İşçilər bu ilin yanvarından ödənişlərin kəskin azaldılmasına etiraz ediblər. Etirazçılardan biri deyib ki, onlar virusdan qorunmaq üçün lazımı mühafizə vasitələrilə təmin olunmurlar.

Daha çox göstər
Back to top button