BaşlıcaSiyasət

Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında aksiya keçirilib

Mayın 6-da Türkiyə İnqilabçı Anarxist Federasiyasının bir qrup üzvü Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirib.

“Turan” agentliyinə görə, iştirakçılar Azərbaycan hökumətinin ünvanına tənqid şüarları səsləndirib, müxalif fəal Bayram Məmmədovun ölümündə ittiham edib.

İştirakçılar “Bayramın qatili dövlətdir!” yazılan şüar qaldırıblar.

“Polis intihar olduğunu deyir, amma biz bilirik ki, bu, belə deyil. Qatil bu cinayətə görə cavab verəcək”- aksiya iştirakçıları etirazlarını bildiriblər.

Xatırladaq ki, Bayram Məmmədovun ölümü haqqında məlumat mayın 5-də səhər yayılıb. Onun cəsədi Bosforun sahilində tapılıb . Şahidlərin sözlərinə görə, o, suya dalıb və oradan çıxmayıb. Polisin ilkin versiyasına görə, Məmmədov intihar edib.

Daha çox göstər
Back to top button