Başlıcaİctimaiyyət

Bakının mərkəzində sosial tələblərlə aksiya keçirməyə cəhd edilib

Mayın 7-də bir qrup şəxs Bakının mərkəzində, metronun “28 May” stansiyasının yaxınlığında aksiya keçirməyə cəhd edib. Məlumatı “Azadliq.org” yayıb.

Bu aksiyanı Azərbaycandan vaxtilə gedən və indi xaricdə yaşayan bloqerlərin təklif etdiyi bildirilir.

Aksiyaya gələn şəxslər, əsasən, sosial tələblər səsləndiriblər. Onlar koronavirusla bağlı tətbiq edilən karantin sərtləşdirildiyi aylar ödənilən birdəfəlik sosial yardımın yenidən verilməsini və həm onların, həm də pensiyaların qaldırılmasını tələb ediblər.

Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları bir çox şəxsi polis maşınlarına mindirərək aparıblar.

Aksiya zamanı jurnalistlərin peşə fəaliyyətinə maneələr törədildiyi bildirilir. Hətta, sosial media nümayəndəsi Nurlan Qəhrəmanlının sözlərinə görə, onlara fiziki təzyiq göstərilib.

Daha çox göstər
Back to top button