BaşlıcaErməni Soyqırımı

“Ermənihaber.am”ə Konstantinopolda yaşamış erməni Hayko Bağdatın müsahibəsi (1-ci hissə)

Konstantnupolda yaşamış erməni ziyalısı, məşhur jurnalist, yazıçı-publisist Hayko Bağdat Ermənistandadır və “Ermənihaber.am”ə müsahibə verib. Aşağıda müsahibənin birinci hissəsini təqdim edirik.

– 2016-cı ildən bəri Almaniyada yaşayırsınız. İstanbulda olduğunuz zaman, artıq aprelin 24-də  Erməni Soyqırımını anma tədbirləri keçirilirdi. Bu müddət ərzində Türkiyədə nə dəyişib?

– Əvvəlcə ermənilər baxımından: Erməni Soyqırımı ilə bağlı Türkiyədə ictimai rəyin formalaşmasında uzun müddətdir ciddi addımlar atmışıq. Xüsusilə Hrant Dinkin, Sevak Balıkçının öldürülməsindən sonra ictimaiyyətin diqqətini erməni məsələlərinə və itkilərimizə yönəldə bildik. Başqa sözlə, hazırda Türkiyədə demokratiya uğrunda mübarizə aparan şəxslər Hrant Dink, “Akos”, “Aras” nəşriyyatının ətrafında bu ən vacib hərəkatı demokratiya baxımından irəli sürdülər. Məsələn, “Üzr istəyirik” təşəbbüsü, Erməni Soyqırımı ilə üzləşmək baxımından Türkiyə tarixindəki ən böyük irəliləyiş sayıla bilər.

İstanbulun mərkəzi Taksim Meydanında Soyqırımı anma tədbirinin keçirilməsi qərarı iştirak etdiyim görüş zamanı verildi. Təkliflərim də həmin qərara daxil edildi. Erməni Soyqırımını anma tədbiri ilk dəfə Çin televiziya şirkəti tərəfindən də işıqlandırıldığını təsəvvür edin. Bununla birlikdə, kürd məsələsi və Əliyevlər problemləri baxımından fərqli yanaşan, sülh prosesi başlatan, “Alisa möcüzələr ölkəsində” nağılını xatırladan Türkiyə birdən kəskin dönüş etdi və nəticədə bir çox sahədə əldə etdiyimiz irəliləyişi və müvəffəqiyyəti itirdik.

Qeyd etmək lazımdır ki, son 5 ildə Türkiyədə erməni məsələsi, kürd məsələsi və demokratikləşmə ilə əlaqəli bütün mövzularda çox sərt mübarizə gedirdi. Ərdoğan rejimi qatil mexanizmə, repressiya mexanizminə çevrilib və bu rejim geri dönüşü olmayan yola davam edir. Yəni ya hakimiyyətdə qalacaq, ya da cavabdeh olacaq, məsuliyyətə cəlb olunacaq. Başqa yol yoxdur. Törətdiyi cinayətlər ilə xalqına zərər verməklə, bölgədəki bütün xalqlara zərər verməklə, Türkiyə heç bir hüquqi normanın olmadığı cinayət quruluşuna çevrilib. Əgər kimsə sual versə, Türkiyə gedəndə sizinlə nə ola bilər, heç kimin bu suala qanuni cavabı yoxdur. Bu ölkə tək adam rejiminin maraqlarına xidmət edən tamamilə siyasiləşmiş sistemə çevrilib.

Ancaq o nöqtəyə gəlmişlərsə, deməli biz də boş oturmamışıq. Bu gün Türkiyədəki Ərdoğan rejimi üçün ən böyük maneələrdən biri bizim hərəkatımızdır. Müxalif Xalq Demokrat Partiyasının (HDP) hazırda 15% dəstəyi var. Tarixdə belə bir şey olmayıb. Heç vaxt bu qədər güclü olmamışıq. Türkiyədə demokratiya mübarizəsi baxımından deyirəm. Bu səbəbdən də bu döyüş çox qızışdı, artıq hər iki tərəf üçün ölümlə mübarizəyə çevrildi.

Türkiyədə nə dəyişdi? Sualın cavabı biabırçı cavab olacaq, çünki Türkiyədə heç bir qanuni norma, ədalət, prokuror, polis, ümumiyyətlə dövlət  yoxdur. Ylnız şıltaqlıqlara əsaslanan rejim var. Osman Kavalanın sərbəst buraxılması-buraxılmaması qərarı, Səlahəddin Demirtaşın sərbəst buraxılması- buraxılmaması qərarı, cinayətlərin mühakimə prosesi, Hrant Dink hadisəsindəki qərarlar yalnız bu rejimin mənafeyi, tək adamın mənafeyi baxımından verilir.

2021-ci ildə belə bir vəziyyətin olması sadəcə biabırçıdır, yəni dünyanın ən biabırçı rejimlərindən biridir. Ancaq Çetin Altanın dediyi kimi hər şeyi qara görmək lazım deyil. Bütün bunlara qarşı yaradılan müxalifət mübarizəyə davam edir. Yaratdıqları ölkə dəhşətli bir ölkədir, lakin əksinə daha yaxşı ölkəyə sahib olmaq üçün çox sayda döyüşçü və xəyalpərəst şəbəkə var.

– ABŞ prezidentinin Erməni Soyqırımını tanıması yeni inkişaflara səbəb ola bilərmi? Sizcə nəyi gözləmək olar?

 – Bildiyiniz kimi, mən də sizin tərəfdaşımızam. Qısa müddət əvvəl “Art TV”də Cem Özdemiri və Taner Akçamı qəbul etdim. İndi fərqli ölkələrin Soyqırımı tanıması bir mənada hamımızı əsəbiləşdirir, elə deyilmi? Yəni 106 il keçdi ․․․ 106 ildən sonra tanıyırsınızmı? Hamımız başa düşürük ki, burada müxtəlif siyasi oyunlar var.

Ancaq ABŞ-ın Soyqırımı tanıması və ya ABŞ Mərkəzi Bankının Ərdoğanı cinayət elan etməsi, digər ölkələrə nisbətən fərqli prosesdir. Başqa sözlə, ABŞ-da məhkəmə, sığorta məsələləri qaldırmaq mümkün olmağa başlayır ․․․ Və Türkiyə bunu qəbul etmirsə, beynəlxalq şəbəkədən kənarlaşdırıla bilər. Ancaq ABŞ siyasətindən, ABŞ-Türkiyə münasibətlərindən asılı olaraq bu ola bilər və olmaya da bilər.

Almaniyanın Erməni Soyqırımını tanıması, digər ölkələrə nisbətən daha çox əhəmiyyət daşıyır, çünki Almaniyanın onun iştirak etdiyini etiraf etdi. Sizinlə birlikdə cinayət törətməyimiz kimidir, bir müddət sonra deyəcəyəm ki, o cinayəti etdik. Bu şahiddən daha çox şeydir. Bu səbəbdən də Almaniyanın və ABŞ-ın tanınması daha ciddi qiymətləndirilməlidir. Düşünürəm ki, Türkiyənin Erməni Soyqırımını inkar etməsi, onu tanıyandan daha baha olacaq. Bunu dərk etmək çox vacibdir.

Məsələn, mən Almaniyada yaşayıram. Erməni Soyqırımını tanıyan, onunla üzləşən ölkədir. Niyə tanıdı? Yaxşı insanlar olduqlarına görə? Məğlub olduqları üçün. Yəni bu cür şeylər könüllü olaraq qəbul edilmir. Bütün bunlar yaxşı insanların səyləri ilə deyil, mövcud rejimlərin məğlubiyyəti ilə əlaqədardır.

Ancaq gördüyümüz kimi Türkiyədə Gənc Türklərin rejimi məğbul olmadı. Soyqırım ideologiyası məğlub edilməyib, hakimiyyət hələ də onların əlindədir. Bu səbəbdən bu rejim məsələsində insan haqları, demokratiya və soyqırımdan yalnız rejim tərəfdarlarını məğlub etdikdə danışa bilərik. Bunu necə edəcəyik? Belkə Əkrəm İmamoğlu, Mənsur Yavaş kimi idealistlər vasitəsi ilə, bilmirəm.

Ancaq bir erməni olaraq Türkiyənin Erməni Soyqırımı ilə üzləşməsi mənim üçün çox vacibdir. Ancaq hər zaman Türkiyədəki dostlarımın dediyi kimi, buna özlərindən daha çox ehtiyacları var. Axı üzləşən biz deyilik, nə baş verdiyini çox yaxşı bilirik. Ermənilərdən sonra qırğını sərbəst və caiz hesab edən türk zehniyyətinin növbəti qurbanı olacaqlarını görə bilmirlər. Bax, kürdlər bunu hiss etməyiblər․ indi görürlər. Dini icmalar onsuz da görürlər. Keçmiş kəşfiyyat şöbələri və şöbələrinin rəhbərlərinin indi zorakılığa və təqibə məruz qalmaları çox gülüncdür.

Buna görə də üzləşmənin  ilk növbədə türklər üçün yaxşı olacağını deyirəm. Bizim üçün yox, onlar üçün daha yaxşı olacaq. İnsani şəkildə yaşayacaqlar. Hər hansı cəmiyyət, hər hansı insan, bu və ya digər şəkildə qatillərdən müəyyən məsafə saxlamalıdır. Öz övladları naminə. Bu səbəbdən bu baxımdan bu zehniyyətin, bu qatil və quldur ideologiyasının məğlubiyyəti, əlbəttə ki, Türkiyə üçün də müsbət olacaqdır. Daha azad, daha demokratik, daha xoşbəxt nəsil olacaq. Beləliklə, məntiqi olan şey, ağrı ilə üzləşmək, dərs almaq, sülh siyasətinin yolunu seçməkdir.

Biz o yoldayıq, amma barışıq təbliğ edərkən çobanyastığı qucağında gəzmədik, bu məqsədlə baha başa gəldik. Dostlarım öldürüldü. Kim bilir, bizi də öldürə bilərlər. Bu sülh üçün mübarizə aparmaq, barışı qorumaq çox riskli işdir. Müharibənin tərəfdarı olmaq asandır, sülh tərəfdarı olmaq çətindir.

Təbii ki, Türkiyədə bir ənənə olan sülh üçün mübarizə xətti var. İnşallah belə davam edəcək. Və bu mübarizə hamımız üçün güclü və mənalı olacaqdır. Ümid edirəm ki, bizim üçün, onlar üçün yaxşı olacaq və nəhayət, Soyqırım məsələsində bir az istirahət edəcəyik. Çünki Erməni Soyqırımı yalnız qırğın deyil ․ Nəticədə nəsillər kəsilir.

Bu gün Soyqırımdan 106 il keçdi, amma Türkiyədə həm türklər, həm kürdlər, həm də ermənilər bunun mənfi təsirindən əziyyət çəkməyə davam edirlər.

Bu gün Türkiyə Respublikası tarixinin ən vəhşi mərhələsinin davam etdiyini deyə bilərik. Əlbətdə ki, biz son hədəfdən uzağıq, amma son məqsədimiz sülh, yəni üzləşmə, demokratiya, insan hüquqları, qonşu ölkələrlə qardaşlıqdır. Və bu hədəfimizdən əl çəkməyəcəyik.

Daha çox göstər
Back to top button