BaşlıcaEkonomikaİctimaiyyət

Yerevandan Krıma getmək mümkün olacaq

“Nordwind “aviaşirkəti iyunun 15-dən etibarən Simferopol Beynəlxalq Hava Limanından Vladikavkaz üzərindən Yerevana tranzit uçuşlar həyata keçirməyə başlayacaq. Məlumatı “RİA Novosti” bildirir.

Uçuşlar 26 oktyabra qədər həftədə bir gün “Embraer E190” təyyarələri ilə həyata keçiriləcəkdir. Səyahət təxminən beş saat çəkir. “Simferopol və Vladikavkaz arasında birbaşa uçuşlar müasir tarixdə ilk dəfə həyata keçiriləcəkdir. Açılışdan sonra Krıma uçuşların coğrafiyası rekord dərəcədə 63 istiqamətə qədər genişlənəcək”,- deyə Krım hava limanının mətbuat xidməti bildirib.

“Simferopol Beynəlxalq Hava Limanı” MMC-nin kommersiya direktoru Sergey Dyaykinin sözlərinə görə, uçuşlar Simferopoldan Yerevana səhayət edən sərnişinlər üçün maraqlı olacaq.

Daha çox göstər
Back to top button