
ATƏT-in fəaliyyətdə olan sədri Ann Lind tviter mikrobloqunda 15 erməni əslərin geri qaytarılmasını alqışladı.
“15 əsirin Ermənistana qayıtmasını və minaların təmizlənməsinə kömək edəcək məlumatların Azərbaycana verilməsini alqışlayırıq. Etimadın artırılmasının bu tədbirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqların davam etdirilməsi üçün uyğun atmosfer yaratmağa kömək edəcək”,- deyə Lind yazdı.







