BaşlıcaSiyasət

Naxçıvan Muxtar Respublikasının keçmiş DİN rəhbəri 11 il həbs cəzası alıb

Hakim Polad Həsənovun sədrliyilə Naxçıvan Hərbi Məhkəməsi Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədovun barəsində 11 həbs hökmü çıxarıb.

Məlumatı Naxçıvan Hərbi Məhkəməsindən Turan agentliyinə təsdiq ediblər.  

Bu il martın əvvəlində Əhməd Əhmədovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O 2000-2017-ci illərdə daxili işlər naziri olub. Keçmiş nazir Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan edilib.

Hərbi Məhkəmədən bildiriblər ki, Əhməd Əhmədov Naxçıvan Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Əhməd Əhmədovun nümayəndələri məhkəmənin hökmünə hələ münasibət bildirməyiblər.

Daha çox göstər
Back to top button