ArtsaxBaşlıcaMədəniyyət

“Külək sakitləşdikdə”։ Artsax haqqında film bu gün Kannda nümayiş olunub

Rejissor Nora Martirosyanın “Külək sakitləşdikdə” filmi 14 İyul saat 11:30-da 74-cü Kann Beynəlxalq Film Festivalının Olympia 3 sinemasında nümayiş olunub.  Bu barədə Ermənistanın Milli Kino Mərkəzi məlumat verib.

Ermənistan Milli Kino Mərkəzinin maliyyə dəstəyi ilə çəkilən (Fransa-Ermənistan-Belçika birgə istehsalı) Nora Martirosyanın filmi 2020-ci ildə nümayiş olunacaq 73-cü Beynəlxalq Kann Beynəlxalq Film Festivalının rəsmi proqramında nümayiş olunub.

Nümayiş rejissor və prodüserin iştirakı ilə baş tutacaq.

“Külək sakitləşdikdə” filmi, Artsax Respublikasında yeni inşa edilmiş hava limanına gələn Alen adlı bir fransız hava limanının auditorundan bəhs edir. Alen bu hava limanının yenidən açılması üçün beynəlxalq standartlara uyğun olub olmadığını araşdırmalıdır.

Film Ermənistan, Belçika və Fransanın ortaq film istehsalıdır. Film üçün üç ölkənin prodüser şirkətləri çalıpşıblar: Ermənistandan “anEva production”, Fransadan: “Sister productions”, Belçikadan “Kwassa Films”.

“Külək sakitləşdikdə” filmi ER Təhsil və Elm Nazirliyinin və Ermənistan Milli Kino Mərkəzinin maliyyə dəstəyi ilə çəkilib.

Daha çox göstər
Back to top button